Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dövlətin buna imkanı var, uşaq pulu verilməlidir!

Baxılıb: 1010     Tarix: 12-10-2026 10:58   

Hazırda, xüsusilə şəhərlərdə, beşuşaqlı ailələrin sayı çox azdır. Əksər ailələrdə iki uşaq olur, üçuşaqlı ailələrə də nisbətən az rast gəlinir. Buna görə də dəstək mexanizmlərini üçuşaqlı ailələri də əhatə edəcək şəkildə genişləndirmək lazımdır ki, onlar da bu yardımdan yararlana bilsinlər.

Qanunvehedef.az xəbər verir ki, bunu sabiq millət vəkili Vahid Əhmədov Giobalinfo.az-a geniş müsahibəsində deyib.

“Hesab edirəm ki, uşaq pulunun verilməsi çox vacibdir və Azərbaycan dövlətinin buna imkanı var. Cənab Prezident ölkəmizin ehtiyatlarının 90 milyard dollara yaxın olduğunu qeyd edib. Bu, kifayət qədər böyük məbləğdir və dövlət büdcəsindən dörd-beş dəfə çoxdur. Uşaq pulunu mərhələli şəkildə də tətbiq etmək olar. Məsələn, əvvəlcə müəyyən yaş qrupundakı uşaqlardan başlamaq, daha sonra ödənişi 18 yaşadək uşaqları əhatə edəcək şəkildə genişləndirmək mümkündür. Bunun üçün hesablamalar aparılmalıdır. Ancaq ümumilikdə hesab edirəm ki, uşaq pulu mütləq verilməlidir”, - V.Əhmədov bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar