Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kamran Əliyev: Belə uğur ölkəmizin artan nüfuzunun nəticəsidir

Baxılıb: 910     Tarix: 22-08-2025 13:28   

“Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev Laçında keçirilən beynəlxalq konfransda deyib.

K.Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını ilin ən mühüm hadisələrindən biri kimi qiymətləndirib:
Bu Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqi deməkdir. Ən əsası belə diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir”-,Baş prokuror əlavə edib.


Baş prokuror yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən birinin Zəngəzur dəhlizinin açılması olduğunu bildirib:
“Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin dəhlizin açılması Azərbaycanın regiondakı lider mövqeyinin, suverenliyimizin praktiki gücünün daha bir göstəricisi olacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar