Bakının yeni meri o adam olmalıdır... - Deputatlar CAVAB VERDİLƏR
Baxılıb: 824 Tarix: 24-04-2018 12:55
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.
Maraqlıdır, Bakı meri necə biri olmalıdır?
Modern.az saytı bu sualla Milli Məclisin deputatlarına müraciət edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli qeyd edib ki, ölkə başçısı kadrlar seçimində bir neçə önəmli məqamlara diqqət yetirir:
"Birincisi, şəffaflıq, təmizlik, düzlük, halallıq. İkincisi, müasirlik, dünyəvilik, təşəbbüskarlıq, islahatlar. Üçüncüsü, fədakarlıq, gecə-gündüz işləmək. Dördüncüsü isə görülən işlərin fayda verməsi, yəni səmərəlilik.
Kadr özünü işinə həsr etməlidir. Prezidentimiz belə istəyir, belə kadrlar seçir. Düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinə təyin edilən şəxs də dediyim tələblərə cavab verməlidir".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, Bakı meri əsasnaməyə əsasən öz işini icra etməlidir:
"Bakı Şəhər İcra Hakimiyyəti bu gün dövlət strukturu kimi tanınır. İcra orqanlarının özlərinin əsasnaməsi var və orada merin görəcəyi işlər əsaslandırılır. Şəhər icra hakimiyyətinin başçısı hansı səlahiyyətlərə malikdir, onun gördüyü işlər, vəzifəsi, hüquqları – bütün bunlar hamısı həmin əsasnamədə öz əksini tapıb.
Əlbəttə, Bakı merinin ilk görəcəyi iş şəhərin sosial- iqtisadi problemləri həll etmək, şəhərsalma məsələsi, o cümlədən şəhərin yaşıllaşdırılması, abadlıq işlərinin görülməsidir. Bu baxımdan iqtisadi, sosial, mədəni məsələlər bilavasitə şəhər icra başçısının səlahiyyətlərinə aiddir. Bu işləri Bakı meri, onun komandası həyata keçirməlidir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , deputat Tahir Kərimli bildirib ki, adətən merlərin seçimi seçkilər vasitəsilə olsa da, Azərbaycanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının seçimi təyinat kimi reallaşdırılır:
"Əks halda mer seçkilərində hər kəs namizədliyini verib özünü sınaya bilərdi. Lakin bizdə icra hakimiyyətinin başçısını cənab prezident təyin edir. Bu da onun müstəsna səlahiyyətidir. Düşünürəm ki, bundan əvvəlki Bakı meri Hacıbala Abutalıbov yaradıcı, qurucu insan idi. Hətta ona nə qədər tənqidlər olsa da, bu işin öhdəsindən xeyli gələ bildi. O, intriqalardan uzaq adam idi. Necə ki, baş nazir dəyişdi və intriqalardan uzaq, qruplaşmara aid olmayan biri bu postu tutdu. Eləcə də Bakı meriyası üçün də cənab prezident uğurlu seçim edəcək.
Əslində Bakı meri quruculuq işlərini yaxşı bilən, Bakının simasını gözəlləşdirən, onun infrastrukturunu quran, daha çox can yandıran, işi bacaran bir adam olmalıdır. Əlbəttə, bu adamın memar, iqtisadçı olmağı daha yaxşıdır. Amma başqa sənət sahibləri də ola bilər. Hər bir halda Bakıdakı quruculuq işləri davam etdirilməli və yüksək nəticələr əldə olunmalıdır".

Ən çox oxunanlar
Son xəbərlər