Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda hakim özü barəsində qərar qəbul etdi

Baxılıb: 691     Tarix: 05-05-2025 12:22   

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.
İşə hakim Gülsüm Kamal qızı Əliyeva baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.
Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.
Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz
Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Mostbet AZ