Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya

Baxılıb: 777     Tarix: 24-04-2025 11:00   

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən “Armenpress” yayıb.
Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.
“Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, - deyə Baqdasaryan bildirib.
Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar