Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Cüdo yığmamız Avropa Kubokunu 7 medalla başa vurdu

Baxılıb: 770     Tarix: 05-05-2025 11:35   

Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub.
Qanunvehedef.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə 90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.
Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kq) isə bürünc medala sahib olublar. Azərbaycan yığması 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar