Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?

Baxılıb: 844     Tarix: 05-05-2025 11:23   

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.
Tədbirin təşkilatçısı Abşeron Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətində olub.
Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.
Deputat Azər Badamov isə məsələ ilə bağlı hələ ki heç bir açıqlama verməyib.
Nuranə Daxilqızı



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar