Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müsahibim Zəfəran Hospitalın İnvaziv-radioloqu Uzman Dr. Cavid Əhmədovdur. Həkimlə Damar tıxanması,səbəbləri, Damar tıxanmalarının əlamətləri, müayinəsi və müalicəsi haqqında danışacayıq.

Baxılıb: 2 422     Tarix: 17-09-2018 09:07   


Damar tıxanması haqqında nə deyə bilərsiniz?


Ürəkdən bədənə qan aparan damarlara arteriyalar deyirlər. Arteriyaların içi endotel deyilən bir təbəqəylə örtülmüşdür. Bu təbəqənin zədələnməsi nəticəsində bədən həmin zədələnmiş hissəni örtməyə çalışır nəticədə fibrin lifləri ilə əmələ gələn qabarıqlıq getdikcə damarın içində kirəcləşmə yaradır və damar tutulur. Damarlarda xolesterinin (piyə oxşar maddə) yığılması nəticəsində damarlar daralır, öz elasktikliyini itirir, daha kövrək olur, damarların partlaması, tam tutulması riski artır. Bu prosess ateroskleroz adlanır. Ateroskleroz uzun illər ərzində simptomsuz, gizli inkişaf edir və yalnız damarın bir çox hissəsi (70%-dən artıq) tutulduqda kliniki simptomlar əmələ gəlməyə başlayır. Beyinə qan aparan damarlar tutularsa bu beyinin insultu kimi özünü göstərir.

 İnsult nədir?


İnsult “beyin həmləsidir”. İnsult hər hansı səbəbdən beyinə gedən damarların tutulması və ya cırılması nəticəsində həmin damarın qidalandırdığı beyin sahəsininin qansızlaşması ilə yaranan kəskin beyin-qan dövranı pozğunluğudur. İnsult zamanı hər dəqiqiədə 1 milyon beyin hüceyrəsi ölür. İnfarkt toxumasının ətrafında funksiyasını itirmiş, lakin hələ ölməmiş sahə “penumbra” (işemik yarımkölgə) olur. Penumbra 3-4,5 saat ərzində qan dövranı bərpa edilmədikdə infarkt toxumasına çevrilir. İnfarkt geridönməyən prosesdir. Penumbra isə tez zamanda xilas edilə bilən, geridönən prosesdir

Ürək damarlarının tıxanıqlığı  infarktın əsas səbəblərindən biridir

Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir. Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir . "Tam döş sümüyünün arxasında, el arasında "sinə taxtası” deyilən yerdə ağrı olur. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Biz mədə nahiyəsində olan ağrını da ürəklə bağlı nəzarətə götürməliyik. Ürək damarlarının daralmasının təhlükəli məqamı odur ki, xəstənin heç bir şikayəti olmaya bilər, heç bir əlamət vermir, xəstəlik təsadüfən aşkar olunur. Ona görə insanlar, xüsusən kişilər ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatmalıdır ki, damarın funksiyası bərpa olunsun”.

 Aşağı ətraflara qan aparan damarlar tutularsa bu da özünü aşağı ətrafların qanqrenası kimi göstərir . Çox hallarda damar tutulması dedikdə aşağı ətrafların damar tutulması nəzərdə tutulur. Aşağı ətraflardakı damar tutulmasının əlamətləri bir müddət yeridikdən sonra baldırda olan ağrılar, keylik hissi və soyuqluq hissidir. Onu da qeyd edim ki, xəstə dayandıqda bu ağrılar keçir. Damar tutulması ağrılarını bel ağrılarında fərqləndirən cəhət bel ağrıları xəstə uzanarkən artır lakin damar tutulması ağrıları isə xəstə hərəkət edərkən artır.


Damar tıxanmasının səbəbləri hansılardır?


1. Damar divarının zədələnməsi. Daxili divarın zədələnməsi damarda xolesterolun yığılması üçün şərait yaradır. Sağlam damarda xolesterol yığılmayacaq. Yeri gəlmişkən, damar divarlarının zədələnməsinin əsas səbəbi şəkərdir.

2. Qanın qatılığının artması. Bu damarlarda trombların əmələ gəlməsinə gətirib çıxardır. Bunun səbəbləri arasında: bəzi qan xəstəlikləri, mayenin az qəbulu və s. ola bilər.
Bu 2 amilin birləşməsi ateroskleroz kimi ağır pozulmanın inkişafına zamin yaradın.

3. Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz)
Hal hazırda hipotireoz damarların tutulmasının əsas səbəblərinən biri kimi qiymətləndirilir. Qalxanvari vəzi maddələr mübadiləsi proseslərinə çox ciddi təsir edir. Qalxanvari vəzinin funksiyası azalanda maddələr mübadiləsi prosesləri yavaşıyır ki, nəticədə qanda xolesterinin səviyyəsi artır və o, damarlada yığılmağa başlayır.

4. Uzunmüddətli xroniki stresslər
Stress zamanı damarlar kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarlarda xolesterinin yığılması riski yüksəkdir.

5. Cinsi hormonların çatışmazlığı
Cinsi hormonlar xolesterindən sintez olunur. Hormonların ifrazı müxtəlif səbəblərə görə (yaş, xəstəlik və s.) azaldıqda istifadə olunmayan xolesterin əvvəl qanda toplanır, daha sonra isə damarlarda yığılmağa başlayır.

6. Siqaret çəkmək
Siqaret damarların qənimidir. Siqaret çəkən insanın damarları kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarların tutulması riski artmış olur.

7. İrsi meyillilik

Damar tıxanmalarının müayinə üsulları hansılardır?
Diaqnostika olaraq, nəbz kontrolu və fiziki müayinə ilə bərabər, Doppler Ultrasəs müayinəsi, MRT Angioqrafiya, Kompyuter tomoqrafiyası ilə Angioqrafiya və Klassik Angioqrafiya tətbiq edilə bilər.

Damar tutulması necə müalicə olunur?

Damar tutulmasının müalicəsi çox mürəkkəb bir prosesdir. Müalicə üsulu tutulan damarın bədənin hansı hissəsində olmasından asılıdır. Əgər beyinə qan aparan damarın tutulması 90 faizdən çoxdursa bu zaman həmin damarı protez damarla əvəz etmək lazımdır. Və ya tutulmuş hissəni təmizləmək mümkündür. Ürək damarlarında isə hansı damarın nə dərəcədə tutulmasından asılı olaraq ya stent qoyulur ya da bypass əməliyyatı edilir. Aşağı ətrafa qan aparan damarlarda tutulma varsa bu zaman da ya stent qoyulur ya da bypass əməliyyatı icra olunur.


Damar tıxanmalarının tam aradan qaldırılması

- İnvaziv Radiologiya ilə mümkündür!  Əvvəllər mümkünsüz sayılan və əsasən əlilliklə və ya ölümlə nəticələnən damar tutulmaları hal-hazırda İnvaziv Radiologiyanın imkanları sayəsində aradan qaldırılır.
 Geniş kəsiklər, qan, narkoz olmadan 15 dəqiqə ərzində tıxanmış damarın yeri müəyyən edilir, kiçik bir dəlikdən damara daxil olmaqla tıxanmış və ya daralmış nahiyə açılaraq orqanın qan dövranı bərpa olunur


Hansı qidalar damar tutulmalarının qarşısını alır?


Kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur. Əksinə isə kaliumun qidalanmada çatışmazlığı damarlarda patoloji dəyişikliklərin inkişafını daha da tezləşdirir.
Pasientlərə məsləhətim odur ki, kalsiumla zəngin olan məhsulları qidalarına daxil etsinlər. Belə məhsullar sırasına daxildir: ərik qurusu, lobya, noxud, mərci, kişmiş, qara gavalı, badam, qoz, banan, kartof, xurma, ispanaq, zoğal və s.





шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar