Qanunvəhədəf.az saytı Ankara Klinikasının ümumi-cərrahı doktor Ruslan Ağayevin müsahibəni təqdim edir:
Baxılıb: 2 859 Tarix: 07-09-2018 01:03
Öd daşı xəstəliyi nədir?
Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.
Öd daşı xəstəliyi xəstəliyinin əlamətləri hansılardır?
Klinik olaraq öd daşı xəstəliyi xəstələrdə aşağıdakı əlamətlərlə özünü biruzə verir:
1.Ağızda səhər yuxudan durduqda acı dad hissi
2.Qarının sağ yarısında olan ağrı hissi,ağrının kürəkarası nahiyyəyə vurması.
3.Yeməkdan sonra köp olması,həzm pozuntusu.
4.Bəzən pristupşəkilli ağrı,ürəkbulanma,qusma,halsızlıq....
5.Sarılıq.Öd daşı bəzən öd axarının hansısa bir hissəsində tıxanma yaradaraq sarılığa səbəb olur.Bu halda gözdə,dəridə sarılıq qey edilir.Qanda bilrubinin miqdarı artdığı üçün qaşınma,intoksikasiya əlamətləri müşahidə edilir.Sarılıqla yanaşı bəzən pristup şəkilli ağrı müşahidə olunur.
Hansı risk faktorları öd daşı xəstəliyinin əmələ gəlməsinə səbəb olur?
1.Hamiləlik
Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.2.Piylənmə
Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır3.Köklük
Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.4 Azhərəkətli həyat tərzi
Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.
5. İrsiyyət
Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər.Öd kisəsində daş aşkarlanan zaman xəstənin yaşını və kliniki vəziyyətini nəzərə almaq lazımdırmı?
Öd kisəsində daş aşkarlanırsa xəstənin yaşını və kliniki vəziyyətini nəzərə almaqla əməliyyat olunması tövsiyyə olunur. Bəzən öd kisəsində heç bir əlaməti olmayan daşlar olur. Bunlara xalq arasında lal daşlar deyilir. Əgər təsadüfi ultrasəs müayinəsi zamanı lal daşlar aşkar olunmuşsa və daşların sayı çoxdursa bu birbaşa planlı əməliyyata göstərişdir. Əgər xəstənin yaşı 75-dən yuxarıdırsa və təsadüfi ultrasəs müayinəsi zamanı daş aşkarlanmışsa və bu xəstənin şikayəti yoxdursa bu daşları əməliyyat etmək tövsiyyə olunmur. İkinci tərəfdən kəskin daşlı xolestitit birbaşa əməliyyata göstərişdir. Bundan başqa öd daşlarına həm ümumi öd axarında həm də öd kisəsində rastlana bilər ki, bunlar da birbaşa əməliyyata göstərişdir. Kəskin xolestitdən başqa bəzən öd daşlarının yaratmış olduğu fəsadlarla rastlaşırıq ki, bu fəsadlardan ən çox rast gəlinəni kəskin xolestit zamanı qanqrenoz öd kisəsi və öd kisəsinin partlayaraq kəskin peritonitin yaranmasına səbəb olur ki, bu birbaşa əməliyyata göstərişdir. Ümumiyyətlə öd daşı xəstəliyi özü bir cərrahi xəstəlikdir və öd kisəsində daş olan insanlara tövsiyyəm ondan ibarətdir ki, kəskin prosesi gözləmədən həkimə müraciət etsinlər və doğru həkimlərini seçərək planlı şəkildə əməliyyat olunmalarını tövsiyyə edirəm. Çünki yaş artdıqca orqanizmdə digər problemlər də yarandığı üçün əməliyyat riskləri də yüksəlmiş olur. Bu baxımdan erkən mərhələdə aşkarlanmış daşlar daha sakit vəziyyətdə çıxarıldıqda həm əməliyyatın müddəti qısa olur həm də əməliyyat zamanı gözlənilən fəsadların rast gəlinmə tezliyi daha aşağı olur.
Öd daşı xəstəliyini müalicə etdirməsək hansı fəsadlara yolaça bilər?
Daş öd kanalına düşərsə bu zaman öd kisəsinin divarında iltihablaşma baş verir ki,bu dakəskin ağrıların və kəskin xolesistitin əmələ gəlməsi demekdir.Kəskin xolesistit isə sonunda öd kisəsinin deşilməsi ilə nəticələnir bu isə ən ciddi ağırlaşma olan öd peritoniti adlanır.Öd daşları öd yollarına düşərsə sarılıq,kəskin pankreatit kimi fəsadlar yarada bilər. Bəzən öd daşı öd kisəsi və nazik bağırsaq arasında yaranmış fistuldan nazik bağırsağa düşərək bağırsaq keçməməzliyi yaradır.Bəzi son araşdırmalar göstərir ki,uzun müddət öd daşı xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsi xərçənginin əmələ gəlmə ehtimalı artır.
Laparoskopik xolesistektomia əməliyyatı haqqında nə deyə bilərsiz?
Laparoskopik əməliyyat dedikdə endoskopik alətlər vasitəsilə öd kisəsi əməliyyatının icra olunması başa düşülür. Ümumi narkozun altında qarın boşluğunun divarında uzunluğu 0,5-1 sm olan 3-4 kəsik aparılır. Qarın boşluğu xüsusi qaz qarışığı CO ilə doldurulur ki, əməliyyat sahəsi daha aydın görünsün
Daha sonra qarın boşluğuna kiçik videokamerası və işıq mənbəyi olan laparoskop cihazı yeridilir. Bu videokamera qarın boşluğunda olan görünüşü monitoruna göndərir. Cərrahlar əməliyyatı monitora baxaraq aparırlar.
Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.
Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar bağlanır. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Laparoskopik əməliyyatın bü günki günümüzdə bu qədər vüsət alması və daha geniş imkanlara sahib olması onunla əlaqədardır ki, laparoskopik cərrahiyyənin orqanizmə daha az aqressiya verməsi, əməliyyatdan sonra xəstələrin daha tez sağalması, əməliyyatdan sonra yarana biləcək çapıq toxumaların olmaması, və ya daha az olması və kosmetik effektin yüksək olması ilə əlaqədardır. Bundan başqa həmçinin laparoskopik cərrahiyyə mahiyyət etibarı ilə xəstələr daha tez sağaldığı üçün, bəzi xəstələrdə yəni şəkərli xəstələrdə bu daha əhəmiyyətlidir.
Ən çox oxunanlar
Son xəbərlər