Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cərrahi müalicə üçün qızıl standart TUR-P-dir. Uroloq –androloqla müsahibə

Baxılıb: 1 720     Tarix: 18-09-2018 12:01   

Müsahibim  Avrasiya hospitalın uroloq-androloqu Dr.Araz İbrahimovdur. Həkimlə Prostat adenomasının simptomları, funksiyaları və əlamətləri haqqında danışacayıq.


Prostat adenoması nədir?


Prostat, 20-25 qr çəkisi olan, düz bağırsağın önündə, sidik kisəsnin altında yerləşən kişilərin ikincili cinsi vəzisidir. Prostat vəzidən həm uretra (sidik kanalı) həm də toxumçıxarıcı kanal (spermanı çölə daşıyan kanal) keçir.



Bundan əlavə prostat vəzidə hazırlanan şirə isə spermaya qarışaraq onun həcmini artırır (xaric olan spermanın 30-35%-i prostat şirəsidir) və qadın cinsiyyət yollarında hərəkətini asanlaşdırır.


Prostat xəstəlikləri neçə qrupa ayrılır?


Ümumiyyətlə, prostat xəstəliklərini 3 qrupa ayırmaq olar. Bunlar prostat vəzin iltihabı, yəni prostatit, digəri prostat vəzin xoşxassəli şişi (xoşxassəli hiperplaziya), başqa sözlə adenoma, 3-cüsü isə prostat vəzinin xərçəngidir


Prostat vəzinin xoşxassəli böyüməsi nə deməkdir?



Prostat vəzinin adenoması dedikdə, bu vəzidə xoşxassəli şişin əmələ gəlməsi nəzərdə tutulur. Buna başqa sözlə prostat vəzinin hiperplaziyası da deyilir. Adenoma yaş artdıqca böyüyür. Sidik yollarına doğru böyüdüyü zaman sidiyin çıxmasına əngəl ola bilir və yaş artdıqca da kişilərdə şikayətlər artır.


Prostat vəzinin funksiyaları nədir?


Prostat şirəsi hazırlayır ,eykulyasiya zamanı ifraz olunan sekretin tərkibi immunoqlobulinlər,fermentlər vitaminlər ,limon turşusu,sink ionları və s.ibarət olub eyakulyatı durulaşdırır.
Bioloji aktiv maddələr –prostoqlandinlər sintez edir.
Cinsi əlaqə zamanı klapan rolunu oynayır,yəni sidik kisəsinin çıxışını bağlayır
Yüksək sinir təhcizatının hesabına orqazm hissi yaradır .


Prostat adenomasının simptomları hansılardır?


Belə ki, adenomanın əsas simptomu sidik ifrazı prosesinin pozulmasıdır. Sidik ifrazı prosesinin pozulması xəstəliyin başlanğıcıdır. Sidik ifrazı prosesinin pozulması anı kişilər məhz bu anda həkimə müraciət etməlidirlər. Müəyyən müddətdən sonra sidik ifrazı prosesi çətinləşir, intensivliyi azalır. Sidik axını zəifləyir, bir dəfəyə ifraz olunan sidiyin həcmi azalır. Sidik kisəsini tamamilə doldurmaq imkansızlığı sidiyin axmasına səbəb olur. Adenomanın bu mərhələsində elə güclü sidikburaxma siqnalları gəlir ki, adam bir an belə dözə bilmir. Sidik prosesinin kəskin ləngiməsi xəstəliyin ilk mərhələsində də inkişaf edə bilər. Buna sidik kisəsinin uzun müddət dolmaması, həddən artıq soyuqlama və alkoqolun qəbulu səbəb ola bilər. Sidik kisəsində təzyiqin artması damarların zədələnməsinə, sidiyə qanın qarışmasına hematuriyaya səbəb ola bilər. Digər simptomlardan qasıqüstü nahiyədə arabir ağrı, və ya diskomfort, cinsi zəiflik (bəzən tam impotensiya) baş vrə bilər. Bəzən xəstəlik uzun illər heç bir əlamət olmadan da baş verə bilər. Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər.
Prostat vəzinin adenoması müalicə olunmazsa və ya müalicə uğurlu olmazsa prostat vəzinin adenomasının ağırlaşmaları ola bilər (sidik kanalın tam tutulmasi, kəskin qanaxma, sidik kisəsin daşları, sidiyin qana keçməsi, impotensiya, sidiyi saxlaya bilməmək və s.


- Prostat adenomasına hansı yaşlardan sonra diqqət edilməlidir?


- Gənc yaşlarda prostat vəzinin adenomasına rast gəlinmir. Adətən, 40-50 yaşlardan sonra tamamilə fərqli mahiyyət daşıyır. Əgər nisbətən gənc yaşlarda prostat vəzi xəstəliyindən danışırıqsa, deməli, söhbət prostat vəzinin iltihabından gedir. İltihab varsa, bir qayda olaraq müalicə edilməlidir. Sidik yolları ilə qalxan infeksiya orqanları zədələməyə başlayır. Bu infeksiya prostatın yaranmasına səbəb ola bilər. Xəstəlik müalicə edilmədikdə və ya müalicə yarımçıq kəsildikdə, müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin əlamətləri yenidən özünü büruzə verir və ağırlaşmalara gətirib çıxarır.


Hansı müayinələr vasitəsilə prostat vəzinin xəstəlikləri aşkar olunur?


Ultrasəs müayinəsi zamanı prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasını, sidiyə gedəndən sonra qalan sidiyin miqdarını, həmçinin böyrək və sidik axarlarının vəziyyəti öyrənilir. Xəstə 50 yaşına çatıbsa, PSA analizinə əsasən müalicə taktikası seçilir. Prostat vəzin xoşxassəsli hiperplaziyası (adenoması) diaqnozu qoyulanda ilkin mərhələdə farmakolojik preparatlarla xəstə üzərində müşahidə aparılır və gündə bir dəfə dərman preparatı qəbul etməklə sidiyə getmə çətinlikləri aradan qalxır. Həmin preparatlarından illərlə faydalanan xəstələr olur. Lakin yaş artdıqca həmin xəstələrin təxminən 20-25 faizi dərmanın müsbət təsirini hiss etmir və belə olanda cərrahi müdaxiləyə zərurət yaranır.


Prostat böyüməsinin (adenomasının) müalicəsi haqqında nə deyə bilərsiz?

Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla) həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) yoxsa cərrahi müalicə seçilir. Cərrahi müalicə üçün qızıl standart TUR-P-dir (Transurethral resection of prostate) .Yani heç bir kəsik aparmadan sidik kanalından endoskopik üsullarla girilərək böyümüş prostat hissələrinin rezeksiya (kəsilib çıxarılması) edilməsidir. Çəkisi 80 qr-dək olan prostatların TURP olması tövsiyə olunur.


Hansı müayinələr vasitəsilə prostat vəzinin xəstəlikləri aşkar olunur?


Ultrasəs müayinəsi zamanı prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasını, sidiyə gedəndən sonra qalan sidiyin miqdarını, həmçinin böyrək və sidik axarlarının vəziyyəti öyrənilir. Xəstə 50 yaşına çatıbsa, PSA analizinə əsasən müalicə taktikası seçilir. Prostat vəzin xoşxassəsli hiperplaziyası (adenoması) diaqnozu qoyulanda ilkin mərhələdə farmakolojik preparatlarla xəstə üzərində müşahidə aparılır və gündə bir dəfə dərman preparatı qəbul etməklə sidiyə getmə çətinlikləri aradan qalxır. Həmin preparatlarından illərlə faydalanan xəstələr olur. Lakin yaş artdıqca həmin xəstələrin təxminən 20-25 faizi dərmanın müsbət təsirini hiss etmir və belə olanda cərrahi müdaxiləyə zərurət yaranır.

                


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar