Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Botoks əslində təsiredici maddə botulinum toksinidir. Həkim –kosmetoloqla müsahibə

Baxılıb: 2 105     Tarix: 08-09-2018 12:25   


Azərbaycanımızın tanınmış  həkim-kosmetoloqu Məlahət xanım Rüstəmova  Qanunvehedef. az saytına müsahibəsində xanımları botoks haqqında maraqlandıran bir çox sualları cavablandırıb. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.


Qırışlar bir çox xanımların narahatlığına səbəb olur. Axı onlar yaşlanmanın ilkin əlamətidir. Qırışlar daim göz önündədir, onları geyimlərlə gizlətmək mümkün deyil. Hətta onları dərin bir makiyajla da gizlətmək mümkün deyildir, kirşanın altında qırışlar daha çox özlərini biruzə verirlər.Müasir texnologiya bizlərə yaşlanmaya qarşı bir neçə üsul ilə mübarizə aparmağı təklif edir. Bunların içərisindən ən məşhur prosedur isə Botoksdur.
 
 Botoks nədir?


Botoks əslində təsiredici maddə botulinum toksinidir. Bu toksin Clostridium botulinium adlı bakteriyadan alınır. Botulotoksin sinir uclarından ifraz edilən mediatoru blokada edərək , sinir ötürücülüyünü pozur. Bu ötürücülüyün pozulması, sinirin aktivləşdirdiyi əzələnin hərəkətini ya azaldır, ya da tamam itməsinə səbəb olur. Botulinium toksini botoks və ya dysport markaları altında istifadə olunur. Bu preparatlar dunyada geniş istifadə edilir.


Botoks hansı nahiyələrə vurulur?


1.Gözətrafı mimiki qırışlar
2.Alın və qaş arası qırışlar
3.Qaşların qaldırılması
4.Burun kənarındakı qırışlar
5.Dodaq ətrafı qırışlar
6.Dodaq kənarından çənəyə doğru enən qırışlar
7.Boyun bölgəsindəki qırışlar
7.Qoltuq altı, ovuc içi və ayaqaltı tərləmələri


Botoksun köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar?


Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” - biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır. Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.


Botoksdan  sonra üz dərisinə qulluq edilməlidirmi?

 

Botoksdan  sonra üz dərisinə qulluq edilməsi adi yolla aparıla bilər. Bu zaman yalnız üzün masajı zamanı tərpənməz əzələlər sahəsinə təzyiq etmək olmaz. Əgər effekti uzun müddət saxlamaq istəyirsinizsə, onda istənilən qızdırıcı proseduradan - hamam, sauna, üzün buxara verilməsi və s. imtina edin. Bunlar qan dövranını gücləndirdiyi üçün, nəticədə preparatın daha tez sorularaq orqanizmdən xaric olmasına səbəb olur.
Sonralar isə, botoks və ya digər preparat orqanizmdən xaric olduqca mimika da qayıdacaqdır. Amma botoks təsiri zamanı insan gözlərini qıymağı, üzünü turşutmağı tərgitmiş olur ki, bu da üz dərisinin vəziyyətinə müsbət təsir edəcəkdir. Yarım il və ya 8 aydan sonra botoks  prosedurasını təkrar etmək olar.


Botoks hamıya eyni cür təsir edirmi?


Təxminən 100-də 1 insan botoksa reaksiya vermir. Bu, onunla bağlıdır ki, orqanizmdə anticismlər ola bilərlər, hansılar ki, botoks təsirini dezaktivasiya edirlər. Başqa sözlə, insanda botulotoksinə qarşı anadangəlmə immunitet ola bilər və onda ona preparatın inyeksiyaları təsir etməyəcək. Bəzən immunitet bir neçə botoks inyeksiyasından sonra inkişaf edir. Amma bu immunitet müvəqqətidir. Bu halda təxminən bir il botoks istifadəsindən çəkinmək lazımdır ki, toksinlərə qarşı həssaslıq qayıtsın.


Botoksu kimlərə tətbiq etmək olmaz?


İnyeksiyanı yüksək hərarət olduqda, kəskin iltihabı proseslərdə, əzələ distoniyasında, hamiləlik zamanı, allergiyalı insanlara, həmçinin əvvəllər botulizm xəstəliyinə tutulmuş adamlara etmək olmaz. Bundan başqa hər kəsə tətbiq oluna bilər.


Əziz xanımlar sizdə gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə Məlahət xanım Rüstəmovaya müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 050 313 97 11

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar