Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağ münaqişəsinin həllində türk faktoru işə düşür

Baxılıb: 570     Tarix: 17-10-2019 14:19   
Elman Nəsirov: “Məhz türkdilli dövlətlərin əməkdaşlıq və birliyi nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar aça bilər”Bakıda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII zirvə görüşü türk dövlətləri arasında birliyin növbəti mərhələyə keçməsində mühüm rol oynadı. Bu fonda türk dünyasının ərazi bütövlüyü məsəəlsində də biri-birlərinə dəstək olması aktuallaşır.
Bakıdakı toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin məsələyə toxunaraq bildirdi ki, milli mübarizələrdə bir-birimizin yanında durmaq qardaşlıq borcudur: “Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik”. Bəs, türk dünyasının birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rol oynamaq iqtidarındadır?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, türk dünyasının birliyi Qarabağ münaqişəsinin həllində yeni imkanların açıqlması baxımından vacibdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  VII zirvə görüşü tarixi bir sammit kimi yaddaşlara həkk olundu.
2009-cu ilin oktyabrın 3-də Naxşıvanda təsis edilən bu qurumun üzvlərinin sayı Özbəkistan hesabına genişləndi. Bu da tarixi hadisədir. Artıq Türk Şurasına üzv olmaq istəyən ölkələrin sayı artmaqdadır. Yaxın perspektivdə Türkmənistanın da quruma üzv olacağı proqnozlaşdırılır. Macarıstan da quruma üzv olmaq niyyətini ortaya qoyub. Türk Şurasının ölkəmizdə baş tutan tədbiri onu da nümayiş etdirdi ki, bura daxil olan ölkələr arasında siyasi dialoq, həm də ticari-iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələrin genişlənərək yeni mərhələyə keçməsi üçün bütün imkan və potensial vardır. Həmin potensialdan maksimum faydalanmaq lazımdır.
Azərbaycan Prezidentinin buradakı çıxışı bir daha göstərdi ki, ölkəmiz türk dünyası ölkələri arasında inteqrasiya prosesinin daha da genişlənməsinə və nəticə etibarı ilə  türkdilli ölkələrin üzləşdiyi problemlərin həllinə kömək göstərilməsi olduqca vacib məsələdir. Bu tədbirdə qəbul olunan yekun sənəddə də münaqişə ocaqlarının həll və Azərbaycanın haqlı mövqeyi, onun ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi quruma üzv dövlətlər tərəfindən birmənalı  şəkildə dəstəklənib. Türk Şurasına üzv ölkələrin bir qisminin həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olması reallığını da nəzərə alsaq, İrəvanın həmin hərbi-siyasi qurumla öyünməsinə baxmayaraq, hadisələrin gedişi və Bakı sammiti göstərdi ki, həmin hərbi qurumdakı ölkələrin hər biri, Ermənistan istisna olmaqla, Azərbaycanın haqq səsini müdafiə edir, ərazi bütövlüyümüzü tanıyırlar. Türk dünyasında birliyin olmasının Qarabağ münaqişəsinin həlli istiqamətində oynadığı rola gəlincə, ölkəmiz üçün faydalı məqamlarından biri də məhz təşkilat çərçivəsində Azərbaycana dəstək verilməsilə bağlıdır. Bu da çox mühüm məsələdir. Məhz bu əməkdaşlıq və birlik nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar aça bilər.
Düzdür, bilirsiniz ki, Türk Şurasına üzv ölkələr Qarabağ konfliktinin həllilə birbaşa məşğul deyillər.Türkiyə də sadəcə, ATƏT-in Minsk qrupunun üzvüdür. Amma həmsədrlik postu başqa 3 dövlətə məxsusdur. Bununla belə, türk dünyasının birliyi fonunda həmin dövlətlər ən müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqq işini müdafiə edə və ölkəmizin lehinə hüquqi bazanın gücləndirilməsində mühüm rol oynaya bilərlər. İşğalçı Ermənistan daha çox KTMT-yə ümid edir. Amma həmin qurumda olan Mərkəzi Asiyanın türkdili ölkələri Türk Şurasının Bakı sammitində növbəti dəfə göstərdilər ki,  bu ölkələrin Azərbaycanla münasibətləri ən yüksək səviyyədədir. Bütün bunlar onu göstərir ki, türkdilli dövlətlərin birliyi fonunda həmin dövlətlər müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini müdafiə etmək potensial və imkanına sahibdirlər.
Türk Şurasına daxil olan ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olması nəticə etibarı ilə həmin təşkilat çərçivəsində Azərbaycanın haqq işinin müdafiə edilməsi anlamına gəlir.  Bu da ikitərəfli formatda, həm də təşkilat çərçivəsində reallaşa bilir. Belədə ölkəmizin siyasi və diplomatik üstünlüyü daha da güclənir. Bu da Azərbaycan üçün olduqca mühüm amildir”. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar