Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Hərbi əməliyyatlar başlayarsa, Rusiya Azərbaycanı DƏSTƏKLƏYƏCƏK? - AÇIQLAMA

Baxılıb: 435     Tarix: 05-04-2024 10:29   

Bu gün baş tutması gözlənilən 5 aprel görüşü Cənubi Qafqazda yeni cəbhənin açılmasına və regionda gərginliyin artırılmasına yönəlmiş bir addımdır. Qərb hər nə qədər bu görüşü təhlükəsizlik xaricində, iqtisadi bir görüş olaraq qiymətləndirsə də, bu yanaşmanın belə olmadığını bilirik. Məlum olduğu kimi, Ermənistanın Qazaxdan tutmuş, Naxçıvana qədər sərhəd olan ərazilərə hərbi texnikanı yerləşdirməsi və istehkamları yaratması yeni toqquşmaların baş verəcəyinin sübutudur. Burada əsas məsələ Naxçıvan və Kərki anklavıdır. Daha əvvəl bildirmişdik ki, Ermənistan tərəfindən Naxçıvanda təxribat törədilərsə, burada Türkiyə məsələyə daxil olacaq və Şuşa bəyənnaməsi işə düşəcək. Bu görüşün keçirilməsinə qarşı olan tərəflərdən biri də Rusiyadır. Daha əvvəl Rusiya və Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalandı. Sözügedən sənəd Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müqayisə edilir. Burada maraqlı bir sual yaranır. Əgər regionda toqquşmalar baş verərsə, Rusiya Azərbaycanı dəstəkləyəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, İlham Əliyev və Antoni Bilinkenin telefon danışığında prezident bildirmişdi ki, Ermənistanın təhlükəsizliyi məsələsi ilə bağlı Cənubi Qafqazda Gürcüstan və Azərbaycanı kənarda qoyub, Ermənistanı dəstəkləyəcəksə bu regionda gərginliyi artıracaq. Ekspert düşünür ki, sözügedən gərginlik artan xətlə davam edəcək:

"Burada toqquşmaların olma ehtimalı artıq yüksək görünür. Ermənistan tərəfi iddia edir ki, onlar öz ərazilərini qorumağa çalışır. Amma burada bir məsələ var ki, o texnikanın bölgəyə yığılması, müdafiə xəttinin qurulması məlum məsələdir ki, nə üçündür. Burada ola bilsin lokal döyüşlərin olma ehtimalı yüksəkdir. Burada digər bir məsələ isə Rusiya-Azərbaycan münasibətləridir. Təbii ki, Rusiya-Azərbaycan münasibətləri normal şəkildə irəliləyir. Bu barədə heç bir sıxıntı yoxdur. Digər tərəfdən, burada başqa bir nüans var. Əgər toqquşmalar baş verərsə, Rusiya Azərbaycanı təbii ki, dəstəkləyəcək. Amma bunun sahədə olacağını düşünmürəm. Rusiyanın qoşun yetirməsi, lokal toqquşmalarda iştirakı isə çətin məsələdir. Ola bilsin Rusiya Azərbaycanı fərqli formada- informasiya, kəşfiyyat məlumatları, siyasi baxımından dəstək ola bilər".
Ekspert bildirib ki, burada Türkiyə faktoru var. Çünki Kərki anklavı, Naxçıvan məsələsi dedikdə burada ilk ağla Türkiyə faktoru gəlir. Naxçıvan ilə bağlı Şuşa bəyannaməsinin ilk bəndində qeyd edilir ki, bəyannamə Qars müqaviləsinə sadiq qalaraq bağlanır:

"Qars müqaviləsi iki ölkə arasındakı hər şeydən önəmlidir. Bu o deməkdir ki, Naxçıvana Ermənistanın hər hansısa bir addımı Türkiyəni hərəkətə gətirəcək. Naxçıvan istiqamətində hərəkətliliyin artması onu deməyə əsas verir ki, bu prosesin arxasında dayanan böyük güclər Türkiyəni bu bataqlığa cəlb etmək istəyir. Toqquşmaları və gərginliyi daha artırmağa çalışırlar. Vəziyyət olduqca gərgindir və bugünkü görüşün nəticəsindən çox məsələ aydın olacaq. Əslində bu görüşün nəticəsinin olub-olmamasının artıq heç bir fərqi yoxdur. Bu məsələ ciddi problemlərə gətirib çıxaracaq və toqquşmaların nəticəsi olaraq sanksiyaların tətbiqi mümkün variantdır".
Xatırladaq ki, Rusiya və Azərbaycan arasında imzalanmış sənəddə qeyd edilir ki, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir, hərbi qarşılıqlı əməkdaşlığı dərinləşdirəcəklər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar