“Günay Sığorta”dan Sosial video çarx - "Avtomobillərdə Uşaq Təhlükəsizliyi"
Baxılıb: 549 Tarix: 06-03-2020 11:13
"Günay Sığorta", Azərbaycan Milli Avtomobil Klubu və Beynəlxalq Avtomobil Federasiyası Fondunun dəstəyi ilə "Avtomobillərdə Uşaq Təhlükəsizliyi" layihəsi çərçivəsində sosial video çarx hazırlamışdır. Bildiyimiz kimi dünyada yol qəzalarında hər 4 dəqiqədə 1 uşaq həyatını itirir. Bundan əlavə, yol qəzalarının qurbanları olan uşaqların 36%-i sərnişinlərdir. Bunun üçün də 12 yaşına qədər hər bir uşaq avto oturacaqlardan istifadə etməlidir. Uşaq avto oturacaqlarından düzgün istifadə qəza zamanı uşaqların xəsarət alma riskini 80%-ə qədər azaldır.
Qeyd edək ki, şirkət 2020-ci ilin yanvar ayında Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” layihəsinə də dəstək olmuşdur. Layihənin davamı olaraq sosial video çarx təqdim olunmuşdur.
«Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur. 2020-ci il üzrə sosial layihələrin davamlı olaraq həyata keçirilməyi planlaşdırılır.
Gəlin gələcəyimiz olan uşaqların həyatını təhlükəyə atmayaq!
Ən çox oxunanlar
Son xəbərlər