Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SOCAR Belarusa Azərbaycan neftinin ilk partiyasını göndərib

Baxılıb: 653     Tarix: 06-03-2020 11:37   

SOCAR Türkiyənin Ceyhan limanından Belarusun "Belneftexim" konserninə neftin ilk partiyasını göndərib.
Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, Belarus tərəfi üçün mart ayı üçün nəzərdə tutulan iki neft partiyasından birincisi artıq Ceyhandan yola salınıb: "90 min ton Azərbaycan nefti ilə yüklənmiş tanker artıq Belarus tərəfinə göndərilib".
İ. Əhmədov onu da qeyd edib ki, SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün ikinci tanker (85 min ton həcmində) Gürcüstanın "Supsa" limanından martın 20-də göndəriləcək: "Bu həcmlər bir qədər çox da ola bilər, hər şey imkanlardan və tələbatdan asılıdır".шаблоны для dle 11.2