Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır
Baxılıb: 724 Tarix: 19-03-2020 11:20
Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yollarının yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı və irihəcimli işlər görülməkdədir.
Dövlət Agentliyindən bildirilib ki, lakin ümumi istifadədə olan avtomobil yollarında irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.
Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Baş Dovlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən maarifləndirmə xarakterli yoxlama tədbirləri görülür.
Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülər aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələri agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artiq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.
Lakin irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulması, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranması barədə edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.
Hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük ğötürmə qabiliyyətinin müəyyən edilməsi, habelə hamin zərərin ödənilməsi və aradan qaldırılması məqsədi ilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.
Ən çox oxunanlar
Son xəbərlər