Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

MTRŞ-dan yayımçılara müraciət - "Fasiləsizliyi təmin edin"

Baxılıb: 722     Tarix: 27-03-2020 14:19   

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.
Müraciətdə bildirilib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunub.
"Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir", - deyə müraciətdə qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar