Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TAP kəmərinin Albaniya hissəsinin tikintisi başa çatmaq üzrədir

Baxılıb: 739     Tarix: 03-04-2020 10:18   

Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Albaniya ərazisində tikinti və bərpa işləri, demək olar, başa çatıb.
"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, TAP-ın Albaniyada ki olan hissəsinin tikintisi üçün lazım olan borular ilk olaraq 2016-cı ilin aprelində ölkəyə gətirilib.
"Dörd ildən sonra Albaniyada boru kəmərinin tikintisi və bərpa işləri, demək olar, bitib", - məlumatda qeyd edilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. TAP-ın inşasına başlanılandan bəri işlərin 93,5%-i yekunlaşıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar