"İmkansız tələbələrin də təhsil xərci ödəniləcək " - Deputat
Baxılıb: 681 Tarix: 06-04-2020 13:58
Bu il Azərbaycanda sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatının istifadə olunması nəzərdə tutulub. Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Planda həmçinin kasıb ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə 40 milyon manat ayrılıb.
Bununla bağlı Sonxeberə.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hökuməti aztəminatlı ailələri hər zaman diqqqətdə saxlayır. Bu qərarın qəbul edilməsi də məhz bu hədəf və məqsədə yönəlib. Dövlət hər zaman vətəndaşının yanındadır, onu tək qoymur. Bildiyiniz kimi, koronovirus (COVİD-19) infeksiyasının yayılması dünya ölkələrinin, o cümlədən Azərbaycanın da iqtisadiyyatına ciddi təsir etdi. Dövlət aztəminatlı ailələrin bu prosesdən əziyyət çəkməməsi üçün bir sıra ciddi qərarlar qəbul etdi. Bu baxımdan həmin qərarın qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd etməliyik ki, son illər Azərbaycanda təhsil sahəsində mühüm islahatllar həyata keçirilir, bu sahəyə diqqət və qayğı daha da artırılır. Bu qərarın qəbul edilməsi təhsilimizi daha əlçatan edəcək, təhsil prosesinə öz ciddi töhfəsini verəcək".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər