Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İşsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır - İlk tranş nazirliyə köçürülüb

Baxılıb: 1 123     Tarix: 09-04-2020 19:15   

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38,0 mln. manat həcmində ilk maliyyələşmə tranşı həyata keçirilib.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Həmin vəsait işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış
 minimumu həcmində (190 manat) ödəniləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar