Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Asiyaya qədər uzada bilərik” - Türkiyə Prezidenti

Baxılıb: 1 066     Tarix: 10-04-2020 14:24   

“Baş verənlər Xəzər üzərindən nəqliyyat koridorunun mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub”.
APA-nın məlumatına görə, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkündür: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına çalışırıq”.
Bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu qeyd edən R. T. Ərdoğan Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransının keçirilməsini təklif edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar