Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Koroglu" Şirkətlər Qrupu yardım kampaniyasını davam etdirir - FOTO

Baxılıb: 996     Tarix: 11-04-2020 09:24   

Prezident İlham Əliyevin çağırışına cavab olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ödəyən milli şirkətlərdən biri - “Koroğlu" Şirkətlər Qrupu ("Koroğlu" MMC, "Mirzəoğlu" MMC, "Konfirom" MMC, "Nurretail" MMC - ARMO marketlər) xeyriyyəçilik fəaliyyətini davam etdirir.
"AzPolitika.info"-nun məlumatına görə, Şirkət rəhbərliyi bu fəaliyyətin davamı olaraq, ölkədə koronavirus pandemiyasına görə elan olunan karantin vəziyyətində aztəminatlı ailələrə maddi dəstək kampaniyası aparır.
Aprelin 9-da "Koroglu" Şirkətlər Qrupunun təsisçisi Tahir Əliyev, "Koroglu" MMC-nin direktoru Rəşad Əliyev və "Şirin" qənnadı fabrikinin direktoru Ramin Əliyev tərəfindən Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 150-dən artıq ailəyə, o cümlədən kimsəsiz və tənha yaşayan qocalara, əlillərə, həmin ərazidə məskunlaşmış məcburi köçkünlərə gündəlik tələbat mallarından və ərzaq məhsullarından ibarət yardım göstərilib.


Qeyd edək ki, Prezident İlham Əliyevin çağırışına cavab olaraq bir neçə gün əvvəl “Koroğlu" Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ödəmişdi.
"Koroğlu" Şirkətlər Qrupu Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını təşkil edən distribütor şirkəti kimi fəaliyyətə başlayıb.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində fəaliyyətini genişləndirən Şirkətlər Qrupu daxili bazarda uzun müddətdir keyfiyyətli və müxtəlif ceşidli qənnadı məmulatları istehsal edir. Müştərilərinin və tərəfdaşlarının hörmət və etibarını qazanan şirkət, bu gün regionda ön sıralardadır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar