Martda Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıb
Baxılıb: 835 Tarix: 15-04-2020 11:54
Bu ilin mart ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 95 daşınmaz əmlak alıblar.
"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bu, fevral ayı ilə müqayisədə 5 ev və ya 5,6%, ötən ilin eyni ayı ilə müqayisədə isə 8 ev və ya 9,2% çoxdur.
Ümumiyyətlə, bu ilin ilk rübündə azərbaycanlılar Türkiyədə 284 ev alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ev alışının 3 ev və ya 1,1% azalması deməkdir.
Beləliklə, bu ilin I rübü ərzində Türkiyə ev alan xarici vətəndaşlar sırasında azərbaycanlılar 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə xaricilər bu müddətdə Türkiyədə 11 068 ev alıblar. Ən çox ev alan xaricilərin siyahısında ilk üçlükdə İran(1 864 ev), İraq (1 856 ev) və Rusiya (763 ev) yer alıb.
Ən çox oxunanlar
Son xəbərlər