Sabunçu İcra Hakimiyyəti: "Həmin vətəndaşa yardım edilib və iş təklif olunub"
Baxılıb: 891 Tarix: 20-04-2020 15:19
Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) şikayətçi vətəndaşın iddialarına münasibət bildirib.
RİH-dən Qaynarinfo-ya daxil olan açıqlamaya görə, 1969-cu il təvəllüdlü vətəndaş Əminov Canbulad Şamil oğlu anası 1932-ci il təvəllüdlü Badanina Anastasiya Vasilyevna ilə birgə Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Zeynalova (keçmiş Oktyabr) küçəsi ev 64-dəki mənzillərdən birində yaşayırlar:
"Mənzil Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTD) 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mənzil dövlət mülkiyyətindədir. Bina 2 mərtəbəli, 21 mənzildən ibarət olmaqla 1922-ci ilin tikilisidir və 2012-ci ilə qədər Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin balansında olub. Binada bu müddət ərzində əsaslı təmir işləri aparılmayıb və bina öz istismar müddətini başa vurub. 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinn balansına verilib. Bina kəskin qəzalıdır. Ən kəskin qəzalı binaların siyahısına 2014-cü ildən daxil edilib".
C.Əminov barəsində aparılmış araşdırılmadan məlum olub ki, o, 2000-ci ilin əvvəllərində Xəzər dənizindən balıq ovu ilə məşğul olub. Həmin müddətdə mübahisə zəminində qətl törətdiyi üçün uzun müddətə məhkum olunub. RİH bildirir ki, cəza çəkdiyi müddətdə onlara məxsus N.Zeynalov küçəsi ev 64 mənzil 13-də yaşayış olmayıb:
"Mənzilin sahibəsi vətəndaş A.Badanina Xəzər rayonu Şüvalan qəsəbəsində qohumlarının evində yaşayıb. Vətəndaş C.Əminov cəzaçəkmə müəssəsindən azad olduqdan sonra 2016-cı ildən qeyd olunan ünvanda anası ilə birgə onun pensiyası hesabına yaşayır. Dəfələrlə ona müxtəlif iş yerləri təklif olunsa da, o, imtina edərək anasına qulluq etməsini əsas gətirib. Ona Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyindən və 73 saylı MKİS tərəfindən ərzaq və maddi köməklik göstərilib. O cümlədən 73 saylı MKİS tərəfindən vətəndaş C.Əminova mənzilinin dam örtüyünün təmiri üçün 10 ədəd şüşə rüberoid də verilib".
RİH-dən o da bildirilib ki, son dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST" Xidməti xətti ilə açılan sosial yönümlü iş yeri ilə təmin olunması da təklif olunub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər