Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Deputat İctimai Televiziyada Ombudsman üçün efir vaxtının ayrılmasını təklif edib

Baxılıb: 867     Tarix: 24-04-2020 13:50   

"İctimai Televiziyada "Ombudsman saatı" adı ilə efir vaxtı ayrıla bilər. Bu, insan hüquqları sahəsində maarifləndirmə sahəsində mühüm addım olar".
Qanunvehedef.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin (2019-cu il) müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Millət vəkili məruzədə uşaqlara spirtli içkilər və tütün məlumatlarının satılmamasına nəzarətin artırılmasının vacibliyinin qeyd olunduğunu deyib: "Bütün məktəblərin, kolleclərin qarşısında köşklərdə siqaret reklam olunur. Siqaret çəkənlərin 95 faizi siqaret çəkməyə məktəb illərində başlayıb. Mən Baş Prokurorluğa bu məsələ ilə bağlı müraciət etmişdim, cavabında dedilər ki, məktubum Dövlət Reklam Agentliyinə göndərilib, bu məsələyə o qurum nəzarət edir. Prokurorluq məndən fakt istəyir. Mən köşkü aparıb Baş Prokurorluğun qarşısına qoyası deyiləm ki? Baş Prokurorluğun qarşısında da belə köşk var".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar