Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əmək və Əhalinin Sosial Müdafi Nazirliyi: aprel ayı üzrə 82 300 ailəyə ünvanlı yardım ödənildi

Baxılıb: 848     Tarix: 28-04-2020 15:29   
 Azərbaycanda 82 300 ailəyə aprel ayı üzrə ünvanlı yardım ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün 82 300 ailəyə (342 min ailə üzvü) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.
Nazirlikdən verilən məlumata görə, həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.
Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb.
Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar