Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dövlət qurumları qışa hazırdırmı? - AÇIQLAMA

Baxılıb: 368     Tarix: 01-10-2021 11:23   

Artıq payız fəslindəyik. Son günlər hava şəraitinin kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib.
Bəs aidiyyatı qurumlar qış fəslinə hazırdırlarmı? Bu istiqamətdə hansı işlər görülür?
Məsələ ilə bağlı Sonxeber.az-a "Azərişıq "ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu açıqlama verib.
O bildirib ki, "Azərişıq" ASC respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirib:
"Artıq Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərlidir.
Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
"Azərişıq" ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisləri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaransa, dərhal 199 qısa nömrəsi, yəni Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən "Qəza Xidməti"nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq, xarakterinə görə uyğun olaraq, qısa vaxt ərzində aradan qaldırılacaq.
Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır".
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, sazlama təmir işləri, kollektora baxış quyularının yuyulması, təmizlənməsi işləri həyata keçirilir:
""Azərsu" Səhmdar Cəmiyyəti avqust ayından qışa hazırlıq proqramı çərçivəsində kanalizasiya kollektorlarının, baxış quyularının, kanalizasiya nasos stansiyalarının monitorinqini aparıb, sazlama təmir işləri, kollektora baxış quyularının yuyulması, təmizlənməsi işlərini həyata keçirib. Biz ötən ilin təcrübəsindən bilirik ki, sentyabr ayından Bakıda yağışlı mövsüm başlayır, ona görə hazırlaşma istiqamətində tədbirlərimizi artıq görmüşük. İki gün bundan əvvəl aşlayan və davam edən leysan xarakterli yağışdan sonra artıq biz həmin xətləri yenidən yumağa başlamışıq. Yayda, demək olar ki, uzun müddət yağış yağmır. Yağış, sel şəhərin küçələrində olan toz, tikinti meydançalarındakı qum və palçığı kanalizasiya kollektorlarına doldurmaqla ötürücülük qabiliyyətini aşağı salır. Ona görə birinci yağışdan sonra həmişə xətləri yuyuruq ki, ötürücülük qabiliyyəti tam bərpa olunsun.
"Azərsu" Səhmdar Cəmiyyətinin bu gün mövcud infrastrukturları payız, qış mövsümünə hazırdır və bizim bu istiqamətdə də tədbirlərimiz davam etdirilir".
Aysel Səfərzadə

Qanunvehedef.azшаблоны для dle 11.2