Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Baxılıb: 546     Tarix: 06-10-2021 10:53   

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.
Oxu.Az xəbər verir ki, bu vəzifə Rəşad Həsənova həvalə olunub.
O, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində "İqtisadi və maliyyə sektoru siyasətləri" ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb.
O, bir sıra elmi məqalələrin müəllifidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar