Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu marşrut xətti də “BakuBus”a keçdi

Baxılıb: 270     Tarix: 20-10-2021 13:01   

205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib.
Oktyabrın 21-dən 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” avtobusları ilə icra ediləcək.
205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.
Qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar