Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kredit götürmək istəyənlər buna MÜTLƏQ ƏMƏL ETSİN - VİDEO

Baxılıb: 309     Tarix: 27-10-2021 11:48   

Kredit götürmək istəyən Bakı sakini aldadılıb.
Qanunvehedef.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, paytaxtın Biləcəri qəsəbəsində yaşayan Sirac Mirzəzadə bir neçə gün bundan əvvəl kredit götürmək üçün instaqramda tanınmış banklardan birinə aid olduğunu düşündüyü səhifəyə müraciət edib.
Kredit verə bilmək üçün isə ondan müəyyən məbləğdə komissiya haqqı istənilib. Dediyinə görə, kredit əldə etmək üçün ondan istənilən 272 manat ödənişi edib və 1500 manatlıq kredit kartı veriləcəyi vəd edilib.
Sirac Mirzəzadənin sözlərinə görə, ona vəd edilən 1500 manat dəyərində olan kredit kartı həmin gün çatdırılmayıb, dəfələrlə səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Zərərçəkmiş məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə müraciət edib.
Biz də səhifədə göstərilən nömrə ilə əlaqə saxlamağa çalışsaq da, nömrəyə zəng çatmadı. Adına səhifə açıldığı iddia edilən bankdan bildirdilər ki, həmin profil onlara məxsus deyil, yəni saxtadır.
Kibertəhlükəsizlik üzrə ekspert Ceyhun Cəfərov qeyd edib ki, hazırda fırıldaqçılar oxşar üsullarından istifadə edərək müştərilərin məxfi məlumatlarını və vəsaitlərini mənimsəməyə çalışırlar.
Ekspert əlavə edib ki, bu cür hallarla qarşılaşan vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

шаблоны для dle 11.2