Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məleykə Abbaszadədən I qrupdakı dəyişikliklə bağlı açıqlama

Baxılıb: 399     Tarix: 28-10-2021 12:52   

“2023-2024-cü tədris ilindən qəbul imtahanlarında I qrupa informatika fənni daxil ediləcək. Bununla bağlı proqram mart ayında ictimaiyyətə təqdim olunacaq”.
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkədə canlı yayımda bildirib.
O qeyd edib ki, bu, əlavə fənn olacaq: “İxtisaslar iki alt qrupa bölünəcək. III qrupda kim yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçirsə, onun imkanı var ki, bir dəfə imtahana gəlsin. Ana dili, coğrafiya və tarix fənnindən  imtahan versinlər, əlavə imtahana girməsinlər. Eyni məntiq I qrupda da təqdim olunacaq. İnformatika yönümlü – riyaziyyat, fizika və infor ixtisaslarını seçənlər bir imtihanda iştirak edə bilər. Yalnız kimya üzrə istiqaməti nəzərdə tutanlar riyaziyyat, fizika və kimyadan imtahan verirlər. Onlatı kimsə məcbur etmir ki, əlavə informatikadan imtihan versinlər”
M. Abbaszadə həmçinin bildirib ki, bu il informatika fənni ilə əlaqədar müəlliflər qəbul edilib: “Qəbul proqramı elə nəzərdə tutulur ki, birinci illər imtahan kağız daşıyıcıları əsasında olsun. Növbəti illərdə isə kompüter vasitəsilə keçiriləcək. Bununla bağlı əlavə planlarımız var. Bu il I qrupda informatika fənni daxil olmayacaq. Gələn ildən isə həmin fənnin olması nəzərdə tutulur. Mart ayında, bəlkə də, bir az tez gələn ilki proqram ictimaiyyətə təqdim olunacaq”.
Gülnar Əliyeva



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar