Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şuşaya səfər edənlərin bileti belə olacaq - Foto

Baxılıb: 270     Tarix: 22-01-2022 12:56   

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.
Qanunvehedef.az-ın məlumatına görə, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.
Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək.
Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.
Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam  - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar