Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara müraciət edilib

Baxılıb: 687     Tarix: 07-02-2023 14:15   

 Azərbaycanın Türkiyədəki Səfirliyi Vətənə təxliyə olunmaq istəyən vətəndaşlara müraciət edib.
“Report” xəbər verir ki, təxliyə bu gün, fevralın 7-də saat 15:00-da baş tutacaq.
Azərbaycanlıların ölkəyə yola salınması avtobuslarla həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}