Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kimlər aliment ÖDƏMƏYƏ BİLƏR? - CAVAB

Baxılıb: 712     Tarix: 22-02-2024 13:35   

Azərbaycan qanunvericiliyə əsasən alimentin ata və ana tərəfindən ödənilməsi ilə bağlı məhdudiyyət yoxdur. Qanuna əsasən valideynlərin aliment öhdəliyi var. Bəs hansı halda valideyn aliment ödəməyə bilər?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.


Vəkil məsələyə aydınlıq gətirib:
Ailə Məcəlləsinin tələbinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
Vəkil alimentin ödənilməsinə hansı hallarda xitam verilməsinə aydınlıq gətirib:

"Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Yəni hər iki valideyndə uşaq qalıbsa bir valideyndən aztəminatlı olan digər valideynin xeyrinə aliment tutulur .
Bundan əlavə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
1) uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
2) aliment ödənilən uşaq övladlığa götürüldükdə;
3)aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
4) aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
5) əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda alimentin verilməsinə xitam verilir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar