Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Deputatdan pensiyalarla bağlı müjdə

Baxılıb: 1 012     Tarix: 09-12-2024 14:42   

Gələn il pensiyanın minimum məbləği artacaq.
Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.
Musa Quliyev pensiyaların sığorta hissəsinin artacağını da bildirib: “Gələn ilin əvvəlində bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 % artacaq”.
Komitə sədri qeyd edib ki, DSMF-nin və İSF-nin büdcəsində gələn il üçün artımlar var: “Gələn il üçün olan artımlar imkan verəcək ki, bizim sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız, şəhid ailələrimiz, qazilərimizin daha çox sosial rifahları təmin olunsun.
İSF-nin gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək”

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar