Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sabaha olan hava proqnozu, leysan yağış yağacaq

Baxılıb: 1 005     Tarix: 12-12-2024 13:04   

Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağışın olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu proqnozlaşdırılır. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntının olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar