Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə göndərildi - Foto

Baxılıb: 1 107     Tarix: 16-12-2024 13:48   

Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə göndərilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
Məlumata görə, dekabrın 16-da Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb, peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edib.
Mehparə Əhmədova da təəssüratını bölüşərək, təşəkkür edib.


Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar