Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Din Xadimlərinin Forumu başladı

Baxılıb: 983     Tarix: 23-12-2024 10:22   

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, forumun “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.
Tədbir çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda fotosərgi də nümayiş etdiriləcək.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar