Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycana başsağlığı verilir - Yenilənir

Baxılıb: 813     Tarix: 25-12-2024 14:07   

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
***
İsrailin Azərbaycandakı səfiri Corc Dik də təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Bu barədə Corc Dik “X” hesabında paylaşım edib.
“Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun”- deyə paylaşımda bildirilib.
***
Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.
Bu barədə nazirliyin "X” hesabında paylaşım edilib.
“Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda qeyd edilib.
***
Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun”, - səfir qeyd edib.
***
Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik”, - məlumatda qeyd olunub.
***
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycana başsağlığı verib.
O, bu barədə “X” hesabında paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır”, - məlumatda qeyd olunub.
***
Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır”, - paylaşımda qeyd olunub.
***
Meksikanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq”, - diplomatik nümayəndəliyin məlumatında bildirilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar