Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Baş nazir Əli Əsədov qərar imzalayıb

Baxılıb: 893     Tarix: 27-12-2024 13:40   

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.
Qanunvehedef.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən artırılıb.
Belə ki, maaşlar ali kateqoriya dövlət orqanları üzrə 400 manatdan 460 manata, 1-ci kateqoriya dövlət orqanları üzrə 385 manatdan 445 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə 365 manatdan 425 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanları üzrə isə 345 manatdan 400 manata çatdırılıb.
Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli qədər əlavə vəsait nəzərdə tutulur.

Qanunvehedef.az



{sape_links}{sape_article}