Xəbər lenti
17/07/2025 [12:57]
Sabah 41° isti olacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu şəxslərə 1600 manat verilir

Baxılıb: 459     Tarix: 03-06-2025 12:53   

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əmək haqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.
Həmçinin, bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.
Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya DOST mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar