Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakının bu ərazilərində su yoxdur - Ünvanlar

Baxılıb: 562     Tarix: 17-06-2025 10:45   

Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
Qanunvehedef.az “Oxu.az”a istinadən bu gündən fasilə yaranan ərazilərin siyahısını təqdim edir:
Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.
Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır.
Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.
Nərimanov rayonunda Atatürk prospekti və Akademik H.Əliyev küçəsində suyun verilməsində məhdudiyyətlər mövcuddur.
Binəqədi rayonunda Biləcəri qəsəbəsinin 6, 7, 8 və 9-cu mikrorayonları, Rəsulzadə qəsəbəsi, Yeni Massiv, 1 May və Xocahəsən küçələrində su təchizatında fasilələr qeydə alınıb.
Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Suyun verilmə vaxtları səhər 06:00-dan 10:00-a və axşam 18:00-dan 22:00-dəkdir, digər saatlarda isə suyun verilməsi dayandırılır. Bundan əlavə, Qobu qəsəbəsində də su təchizatında fasilələr var.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar