Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağdamda İƏT-in Gənclər Forumu başlayıb

Baxılıb: 455     Tarix: 01-07-2025 11:42   

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu öz işinə başlayıb.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, forum Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumun açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib: “İlk dəfədir ki, Qarabağda Gənclər Forumu keçirilir. Bu, tarixi andır. Prezident İlham Əliyevin də mövqeyinə uyğun olaraq bu həftə Azərbaycanda “İƏT həftəsi” təşkil olunur”.
İƏT-in baş katibi Əsəd Məcid Xan isə təşkilatın 17-ci görüşü çərçivəsində Gənclər Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Azərbaycanın bu sahədə rəhbərlik keyfiyyətləri gənclərin regional inkişaf məsələlərinə qatılmasına imkan yaradır”.
Ə. Xan, həmçinin qeyd edib ki, bu gün dünyanın müxtəlif yerlərində yeni çağırışların şahidi oluruq. O, ölkələrdə gənclərin 30 faizinin məşğulluqla, əmək bazarlarına çıxışla bağlı problem yaşadığını diqqətə çatdıraraq bu istiqamətdə səylərin əhəmiyyətini vurğulayıb.
Forum hazırda işçi sessiyalarla davam edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar