Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Baxılıb: 2 482     Tarix: 08-07-2025 12:25   
 
Bu gündən etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.
Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 12 sentyabr tarixinədək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Qəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar