Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

AZAL Türkiyənin iki şəhərinə media-tur təşkil etdi - Foto

Baxılıb: 719     Tarix: 10-07-2025 14:51   

AZAL Milli mətubatın 150 illiyi münasibətilə Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib. 
“Qafqazinfo”nun məlumatına görə, bu gün başlayan media-tur 13 iyuladək davam edəcək.
Bu müddətdə media nümayəndələri üçün təlim keçiriləcək. Təlim zamanı iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın milli aviaşadıyıcısı AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirir.
Uçuşlar həftədə iki dəfə olmaqla cümə axşamı və bazar günləri yerinə yetirilir.
Türkiyə istiqamətində uçuş coğrafiyasının genişləndirilməsi iki qardaş ölkə arasında hava nəqliyyatı, turizm, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Yeni marşrut sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat səyahət imkanı yaradır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar