Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Baxılıb: 2 840     Tarix: 11-07-2025 13:21   

25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb.
Qanunvehedef.az Təhsil İnstitutuna istinadən xəbər verir ki, nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bildirilib ki, ümumilikdə 29 375 şagird qeydiyyatdan keçib. Ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.
İmtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.
Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək. Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Qəni Hüseynov



{sape_links}{sape_article}