Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

FHN dəniz sahilində təlim keçirdi - Video

Baxılıb: 476     Tarix: 18-07-2025 10:47   
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Qanunvehedef.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin xilasediciləri, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişi “xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar