Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Elektrik enerjisinə tələbat rekord həddə çatdı

Baxılıb: 663     Tarix: 08-08-2025 11:12   

Avqustun 6-sı saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq, saatda 4871 meqavat olub.
“Azərenerji” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən, ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığı ilə “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda “AzərEnerji” ASC nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.

Qanunvehedef.azшаблоны для dle 11.2