Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda dəhşət saçan sürücü saxlanıldı

Baxılıb: 967     Tarix: 12-08-2025 15:05   

Qaradağ rayonu, Lökbatan-Qobu yolunda "Ford" markalı yük avtomobilinin sürücüsünün əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır", - məlumatda qeyd olunur.

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar