Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu rayonlar qazsız qaldı

Baxılıb: 743     Tarix: 19-08-2025 11:14   

Qax və Ağdaşın kəndlərində qaz təchizatı dayandırılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Qanunvehedef.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax xidmət sahəsində Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə Qaxbaş kəndində 204 abonentin qaz təchizatı dayandırılıb.
Eyni zamanda, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Dəhnəxəlil QPS-dən qidalanan Qoşaqovaq və Ərəbocağı kəndlərini təbii qazla təmin edən PE-160 mm-lik orta təzyiqli əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə bu gün 447 abonentin qaz təchizatı dayandırılıb.
Məlumata görə, qeyd olunan kəndlərdə işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq. Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar